×
“Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək” adlı tədbir keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə “Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, KOBİA-nın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Turizm Agentlikləri Assososiasiyasının, Qarabağ Dirçəliş Fondunun, AQSİA-nın və digər yerli və xarici qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə  istər qlobal, istərsə də ölkə miqyasında qadın sahibkarlığının inkişafı  və fəaliyyətinin genişlənməsi, biznes sahəsində qadınların rolu və əhəmiyyəti, eləcə də qadınların "yaşıl iqtisadiyyat"da rolunun artırılması, cəmiyyət, biznes və milli iqtisadiyyat üçün önəmi müzakirə olunub.

Tədbir çərçivəsində “Qadın sahibkarlığında innovativ gələcək” və “Beynəlxalq arenada qadın liderlərin təcrübəsi” adlı panel müzakirələr də təşkil edilib.

grid-photo-11709807265.jpggrid-photo-21709807266.jpggrid-photo-21709807267.jpg