×
ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyevin rəhbərlik etdiyi turizm nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.

Azərbaycan Turizim Agentikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyevin rəhbərlik etdiyi turizm nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.

Səfər çərçivəsində ATAA- nümayəndə heyəti Türkiyə Hava Yolları(THY) şirkətinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirib.

Müzakirələr zamanı iki təşkilat arasında turizm əlaqələrinin genişləndirilməsi, qarşılıqlı turist axınının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Türk Hava Yollarının İdarə Heyətinin sədri İlker Aycı Türk Hava Yollarının 360 təyyarəsinin 120 ölkəyə, 330 istigamə uçuşlar həyata keçirdiyini, bu istiqamətlər arasında Azərbaycanın mühüm yer tutuduğunu deyib.

İlker Aycı Türkiyə Hava Yollarının Azərbaycana artıq 30 ildir ki uçuşlar həyata keçirdiyini, bundan sonrakı dövr üçün də reyslərin artan temp üzrə inkişaf etməsinin hər iki ölkə üçün faydalı ola biləcəyini qeyd edib.

Türkiyənin azərbaycanlı turistlərin üz tutduğu əsas istiqamətlərdən biri olduğunu deyən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev  iki ölkə arsında viza rejiminin ləğvindən sonra Azərbaycanın da türkiyəli turistlərin daha sıx səfər edəcəkləri destinasiyalardan biri olacağına ümüd etdiyini bildirib.

Görüş çərçivəsində Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas ilə də bir sıra məsələlər müzakirə edilib.