VİZASIZ GEDİŞ-GƏLİŞ REJİMİ TƏTBİQ OLUNAN ÖLKƏLƏR
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP.
- Azərbaycan
Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya
rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.
Qeyd: Bir sıra
ölkələr tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması
məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində müvafiq pasportlar üzrə
mövcud olan vizasız gediş-gəliş rejiminin müvəqqəti dayandırılma və ya
məhdudlaşdırılma halları mövcuddur. Bu xüsusda, müvafiq pasporta sahib
Azərbaycan Respublikası vətəndaşlarına xarici ölkələrə səfər etmədən öncə həmin
ölkə tərəfindən tətbiq olunan giriş-çıxış və viza qaydalarının
dəqiqləşdirilməsini tövsiyə edirik.
II QRUP.
- Azərbaycan
Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq
sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı
pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya
ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik
olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada
onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları
tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti
təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik
vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq
müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa
müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə
- “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər
üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.
|
Ölkənin adı
|
İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən
müddət |
1 |
Belarus |
90 gün |
2 |
Gürcüstan |
90 gün |
3 |
Qazaxıstan |
90 gün |
4 |
Qırğızıstan |
90 gün |
5 |
Moldova |
90 gün |
6 |
Özbəkistan |
90 gün |
7 |
Rusiya Federasiyası |
90 gün |
8 |
Tacikistan |
90 gün |
9 |
Ukrayna |
90 gün |
10 |
Türkiyə |
90 gün |
11 |
Qətər |
30 gün Qeyd: təhsil
və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının
ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan
Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir. |
III QRUP
Bundan əlavə, hazırda
aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş
pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli
qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:
|
Ölkənin adı |
Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət |
1. |
İran |
15 gün |
2. |
Serbiya |
90 gün |
3. |
Şimali Makedoniya (2022-ci ilin 16 mart tarixindən 2023-ci ilin 15 mart tarixinədək) |
90 gün |
4. |
Monteneqro |
90 gün |
5. |
|
90 gün |
6. |
Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi – yalnız diplomatik və xidməti
pasport) |
14 gün |
7. |
Malayziya (ümumvətəndaş, diplomatik, xidməti pasport) |
30 gün |
8. |
Livan ümumvətəndaş diplomatik xidməti |
30 180 90 |