×

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2019-cu ilin avqust ayından etibarən quruma üzvlüklə bağlı sənəd qəbulunu həyata keçirir. Hazırda Assosiasiyaya  Azərbaycanın turizm bazarında tanınan və öz peşəkarlığı ilə seçilən 123 şirkət daxildir.

Assosiasiya, üzv olan agentliklərə vahid mərkəz olaraq hüquqi yardımların göstərilməsini təmin edir, o cümlədən onların turizm sahəsində inkişaf etmələrinə, öz potensiallarını artırmaqlarına, xarici tərəfdaşlarla fəaliyyətlərinin genişləndrilməsinə  dəstək göstərir.

Bununla yanaşı, maarifləndirmə işlərinin aparılmasını, treyninglərin keçirilməsini həyata keçirir, üzv olan agentliklərin beynəlxalq turizm bazarlarına çıxış imkanlarına köməklik göstərir.

Assosiasiyaya üzv olmaq üçün  İçtimai qurumun İdarə Heyəti tərəfindən müəyyən edilmiş üzvlüyə namizədlik standartı mövcuddur:

           – Assosiasiyaya yalnız hüquqi şəxslərin namizədliyi qəbul edilir.

           – Namizədliyi irəli sürülən şirkətin rəsmi işçilərinin sayı və stabil fəaliyyət müddəti minimum 3 il olmalıdır.

           – Üzvülüyə namizədlərin sosial şəbəkələrdə aktiv və qüsursuz fəaliyyəti olmalıdır.

           – Müasir standartlara uyğun maddi texniki baza və ofis təchizatı  olmalıdır.

           – Azərbaycan Sosial İqtisadi Bazarında yüksək qiymətləndirilən fəaliyyəti olmalıdır.

           – Şirkətin açıq və şəffaf şirkət kapitalizasiyası və vergi strategiyası olmalıdır.

 

Namizədlərin Assosiasiyaya üzv seçilməsi İdarə Heyətinin iclaslarında müzakirə edilir və son qərar İdarə Heyəti tərəfindən verilir.

Assosiasiyaya üzv olmaq üçün turizm şirkətləri üzvlük haqqında müraciət ərizəsini, üzvlüyə namizədlik formasını və üzvlük üçün tələb olunan sənədləri dolduraraq skan olunmuş versiyada [email protected] elektron poçtuna göndərməlidir.