Azərbaycan və Mərakeş vətəndaşlarının qarşılıqlı vizasız səfərlərinin təşkili və turist cəlbediciliyinin artırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı Azərbaycan və Mərakeş arasında viza rejiminin sadələşdirilməsinə dair imzalanan sənədin əhəmiyyəti, əldə olunan razılamşanın iki ölkənin turizm sahəsində mövcud və gələcək əməkldaşlığının qurulmasında,eləcə də turizm əlaqələrinin inkişafında rolu müzakirə olunub.
Görüş çərçivəsində ATAA ilə Mərakeşin turizm qurumları arasında iş birliyinin genişləndirilməsi imkanları, birgə layihələrin hazırlanması, birbaşa uçuşların və çarter reyslərinin təşkili, o cümlədən ATAA üzvləri üçün Mərakeş Krallığına tanışlıq məqsədli infoturların keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.