×
ATAA üzvləri Moldovanın turizm imkanları ilə tanış olublar

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, Moldova Respublikasının Mədəniyyət Nazirliyinin və Turizm Sənayesi İşəgötürənlər Assosiasiyasının birgə təşkilatçılığı ilə bir sıra üzv şirkətlər üçün Moldovaya tanışlıq məqsədli infotur təşkil edilib.


İnfoturda Azərbaycanla yanaşı Avropa ölkələrindən və Birləşmiş Ərəb Əmirliyindən ümumilkdə  50-ə yaxın turizm şirkətinin nümayəndəsi  iştirak edib.


İnfotur zamanı Moldovanın Kişinyov, Tiraspol və Soroka şəhərlərinə səfərlər təşkil edilib, turizm nümayəndələrinə muzeylər, tarixi-memarlıq abidələri, turistik məkanlar, eləcə də  milli mətbəx nümunələri, şərabçılıq mədəniyyəti və şərab zavodları nümayiş olunub.


İnfotur iştirakçıları həmçinin Qaqauziya Muxtar Ərazi Qurumuna  səfər edib, buranın əhəlisi  və adət-ənənələri ilə yaxından  tanış olublar.

 

grid-photo-51730382374.jpggrid-photo-81730382376.jpggrid-photo-71730382375.jpggrid-photo-31730382376.jpggrid-photo-41730382374.jpg