×
ATAA və “Amadeus” şirkəti əməkdaşlıq əlaqələrini müzakirə ediblər
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Azərbaycanda aviabiletlərin bronlaşdırılması və satışını həyata keçirən əsas platformalardan biri olan “Amadeus” şirkətinin Azərbaycan üzrə müdiri Təranə Useynova və şirkətin pərakəndə satış üzrə meneceri Mahnurə Qocayeva arasında işgüzar görüş keçirilib.
Görüşdə qarşılıqlı əlaqələrin inkişafı, əməkdaşlıq imkanlarının artırılması, birgə maarifləndirmə layihələrinin həyata keçrilməsi və üzv şirkətlərlə biznes fəaliyyətinin qurulmasına dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə “Amadeus” şirkətinin “Global Distribution System” (GDS) sistemi üzərindən bronlaşdırma həyata keçirən agentlər və subagentlər arasında biznes fəaliyyətinin sağlamlaşdırılması, tərəflər arasında yaranan borc məsələlərinin həllinin tapılması istiqamətində birgə tədbirlərin işlənib hazırlanması təklif olunub.
Görüşdə nəzərdə tutulan təkliflərin əsas məqsədinin agentlər və subagentlər arasında qarşılıqlı biznes əlaqələrinin sağlamlaşdırılması olduğu qeyd edilib.