Sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində #AzərbaycanTurizmAgentlikləriAssosiasiyası və #DövlətTurizmAgentliyinin rəhbər şəxləri ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (#TÜRSAB) arasında turizm sahəsində əməkdaşlığın təşviqi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə çıxış edən Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Türkiyə ilə əməkdaşlığın Azərbaycanın turizm bazarı üçün böyük əhəmiyyət kəsb etdiyini, iki ölkənin turizm təşkilatları arasında birgə turizm fəaliyyətinin qurulmasının vacib amil olduğunu bildirib. Assosiasiya sədri daxili turizmin inkişafı və ölkəyə gələn turistlərin sayının artırılması baxımından Türkiyə ilə təcrübə mübadiləsinin aparılmasının gələcək illərdə turizm sektoru üçün müsbət nəticələr verəcəyini deyib.
Azərbaycan və Türkiyə arasında turizm sahəsinin inkişafına dair fəaliyyət planına uyğun olaraq birgə işlərin aparıldığını deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Agentliyin ikitərəfli əməkdaşlıq çərçivəsində həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə təşkil olunan tursit səfərlərinin sayının artırılmasında maraqlı olduğunu qeyd edib.
Görüşdə çıxış edən Türkiyə Səyahət Agentlikləri Birliyinin rəhbəri Firuz Barbaros Bağlıkaya Türkiyə və Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı üçün həm dövlət, həm də turizm sənayesi təşkilatları ilə əməkdaşlığın genişləndrilməsinin mühim olduğunu bildirib.TÜRSAB rəhbəri Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının olmasının hər iki ölkənin vətəndaşları üçün rahat səfər etmək üstünlüyü yaratdığını qeyd deyib.
Görüş çərçivəsində qarşılıqlı infoturların və turizimlə bağlı birgə tədbirlərin təşkili, B2B(biznesdən-biznesə) görüşlərin keçirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.