VİZANIN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Azərbaycan
Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza
verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
36.1.1.
nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket
(nümunəsi əlavə olunur);
36.1.2.
pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə
sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi
tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
36.1.3.
biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);
36.1.4.
tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz
üzərinə götürmədikdə);
36.1.5.
viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6.
nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan
Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin
vəsatəti (nümunəsi əlavə olunur) (tranzit, turizm,
rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur) ;
36.1.6-1.
Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən
tərəf qeyri-dövlət təşkilatı olduğu halda həmin qurumun dövlət qeydiyyatı
haqqında şəhadətnaməsinin surəti;
36.1.6-2.
dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm və şəxsi səfər vizaları
üçün bu sənəd tələb olunmur);
36.1.7.
səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində
göstərilən müvafiq sənədlər;
36.2.
18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni
nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan
sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında
şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların
şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
36.3.
Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının
müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu,
müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
Diqqət! Əcnəbinin
pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi
nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata
alınmalıdırlar.