×
ATAA Kuba və Venesuelanın turizm təşkilatları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Qarşılıqlı turizm əlaqələrinin inkişafı və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri Azərbaycan Turzim Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Carlos Valdes de la Consepsian və Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.


Görüşdə çıxış edən Göydəniz Qəhrəmanov  ilk olaraq səfirlərə Assosiasiyanın fəaliyyəti, quruma üzv olan şirkətlərlə əməkdaşlığı, Assosiasiyanın ölkə turizminin inkişafındakı rolu haqqında məlumat verib.

Azərbaycanın getmə turizm bazarı üçün Kuba və Venesuella istiqamətlərinin yeni lakin cəlbedici olduğunu bildirən Göydəniz Qəhrəmanov Assosiasiyanın qarşılıqlı biznes əlaqələrinin qurulmasında, əməkdaşlığın və turist cəlb ediciliyinin artırılmasında maraqlı olduğunu qeyd edib.


Kubanın geniş turizm imkanlarının və turizm istiqamətlərinin olduğunu bildirən səfir Carlos Valdes de la Consepsian Kubanın postsovet məkanından olan bir sıra ölkələrlə sıx turizm əlaqələri qurduğunu və Azərbaycanın da onların sırasında görmək istədiklərini bildirib.Postpandemiyadan sonra Kubada turizmdə canlanmanın olduğunu və əsasən sağlamlıq və istirahət məqsədli turların təşkil edildiyini diqqətə çatdıran səfir ölkəsinin bu istiqamətdə birgə fəaliyyət göstərməyə hazır olduğunu qeyd edib.


Müzakirələr zamanı kommunikasiya əlaqələrinin yaradılması, turizm məhsullarının təşviqi, birgə iş birliyinin qurulması, tanıtım məqsədli kombo farmatlı infoturların təşkili, B2B görüşlərin keçirilməsi, birbaşa aviareyslərin açılması və digər məsələlər ətrfında fikir mübadiləsi aparılıb.

grid-photo-21683813281.jpggrid-photo-31683813281.jpggrid-photo-41683813281.jpg