Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Peşəkar Turizmçilər Komitəsinin yeni tərkibdə ilk iclası baş tutub.
Toplantıda ilk olaraq komitəyə yeni sədrin seçimi keçirilib və ATAA-nın İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov yekdilliklə komitənin yeni sədri seçilib. Eyni zamanda komitənin yeni əsasnaməsi qəbul olunub.
İclas zamanı turizm bazarında sağlam rəqabətin qorunub saxlanılması, şirkətlər arasında etik qaydalara riayət olunması, turizm sahəsində qeyri peşəkar fəaliyyət göstərən şirkətlərə,o cümlədən dempinq hallarına qarşı tədbirlərin gücləndirilməsi və müəyyən nəzart mexanizimlərinin yaradılması müzakirə olunub.
Bununla yanaşı bələdçilərin fəaliyyətinin tənzimlənmsi və sağlamlaşdırılması,ödənişlərdə vahid qaimənin formalaşdırılması və turizmin digər aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Toplantı çərçivəsində həmçinin ATAA-nın maddi texniki bazasının möhkəmləndirilməsi, tədbirlərin və infoturların sayının artırılması, Assosiasiyanın fəaliyyətinin genişləndirilməsi məqsədi ilə üzvlük haqlarının artırılması təklif olunub.
Sonda ay ərzində 1 dəfə olmaqla komitə üzvləri tərəfindən toplantı keçirilməsi qərara alınıb .