Nar mobil rabitə operatoru tərəfindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının bir sıra üzvlərinə yeni korporativ təkliflər haqqında məlumat verilib.
Görüş zamanı şirkətin satış direktoru Fariz Jəfərov turizm agentliklərinin mobil operatorla effektiv əməkdaşlıq imkanlarının üstünlükləri, biznes əlaqələrinin inkişafı, turistlərin mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin edilməsi,onların kommunikasiya təminatının yaxşılaşdırılması, həmçinin turizm məlumatlarına asan çıxışın təmin edilməsi və səfərlə bağlı məmnunluğunun artırılması ilə bağlı fikirlərini bölüşüb.