×
Logistika Komitəsinin yeni heyətdə formalaşan ilk görüşü keçirilib
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Logistika Komitəsinin yeni heyətdə formalaşan ilk görüşü keçirilib.
Görüş çərçivəsində Lagistika Komitəsi ilə yerli və xarici hava yolları şirkətləri arasında iş birliyinin genişləndirilməsi, turizm bazarının araşdırılması və çətinliklərin üzə çıxarılması, yeni hava yolları ilə əməkdaşlıq əlaqələrinin qurulması, hava yolları vasitəsi ilə turist axınının artırırılması,o cümlədənregionlardakı hava limanları ilə əməkdaşlıq imkanalrının formalaşdırılması müzakirə olunub.
Bununla yanaşı toplantıda bilet satışlarında yaranan çətinliklər və onların həlli yolları, subagentlərlə əməkdaşlığın yeni texnalogiyalar üzərindən qurulması, xidmət səviyyəsinin artırırılması və müştəri məmnunluğunun təmin olunması ətrafında fikir mübadiləsi aparılıb.
İclas zamanı komitə üzvləri tərəfindən ay ərzindı bir dəfə olmaqla toplantı keçirilməsi,həmçinin qaldırılan məsələlərin həlli yollarına dair yeni təkliflərin və fəaliyyət planlarının hazırlanması qərara alınıb.

grid-450146782-881804280660078-8532148440933771870-n1720633540.jpggrid-450167972-881804250660081-2184532717310764103-n1720633540.jpg