Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin toplantısı keçirilib.
Toplantıda İdarə Heyətinin üzvləri Assosiasiyanın gördüyü işlər və həyata keçirdiyi görüşlər barəsində məlumatlandırılıb, eyni zamanda qurumun gələcək planları haqqında fikir mübadiləsi aparılıb.
İclasda həmçinin üzv şirkətlər üçün işğaldan azad olunan ərazilərə infoturların təşkili, şirkətlər arasında etik davranış qaydalarına riayət edilməsi, eləcə də hotellərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Toplantı çərçivəsində quruma yeni üzvlər də seçilib. Belə ki, Assosiasiyaya ünvanlanan müraciətlərə əsasən 16 şirkətin üzvlüyü qəbul edilib və şirkətlərin ümumi sayı 147-ə çatdırılıb.
Keçirilən görüşdə həmçinin qurumun nəzdində fəaliyyət göstərəcək böyük təcrübəyə sahib olan turizmçilərdən ibarət Turizm Veteranları Komitəsi də yaradılıb.
Yeni üzvlərin siyahısı:
- Tek Travel and Tourism
- Selena Tour
- BF Travel and Tourism
- AG Travel
- Monte Napoleone Travel
- Tour Expert and Travel
- Librety Azerbaijan
- Zeyn Travel
- Ra Miles Travel
- Hi Travel
- Amazon Travel Club
- SunTour Azerbaijan
- Premium Travel
- Yusi Ko Travel
- Orbit Group
- Sulh Travel
Turizm Veteranları Komitəsinin üzvləri
- Müzəffər Ağakərimov
- Abbasqulu Məmmədov
- Fuad Rəsulov
- Aleksandr Quliyev
- Əlixan Mürvətov