×
Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclası keçirilib
Dekabrın 23-də Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, təhsili və təlimi, marketinq, kommunikasiya və turizm məhsulları, növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.

Komissiya iclası Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə keçirilib.

Görüşdə Azərbaycan Turizm Agentikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov da iştirak edib.

İclas çərçivəsində keyfiyyətli turizmin təşkili ilə əlaqədar standartlaşdırma və sertifikasiya, turizm və istirahət komplekslərinin təşviqi məqsədilə əməkdaşlıq imkanlarının araşdırılması, turizm və rekreasiya zonalarının və infrastruktur layihələrin yaradılması istiqamətində təcrübə mübadiləsinin aparılması, işğaldan azad edilmiş ərazilərdə investisiya layihələri kimi mövzulara toxunulub.
Çıxışlarda, həmçinin beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və ortaq turizm marşrutlarının yaradılması məsələlərindən bəhs olunub.