×
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2023” sərgisi start götürüb

Aprerlin 4-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2023” sərgisi start götürüb. Sərgidə bir sıra dövlət qurumlarının rəhbər şəxsləri  və  xarici ölkə səfirləri ilə yanaşı  ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov da qonaq qismində  iştirak edib.


Assosiasiya sədri çıxış nitqində “AITF 2023” sərgisinin 3 illik fasilədən sonra yenidən açılmasının turizm sahəsinin inkişafı baxımından böyük hadisə olduğunu bildirib. Göydəniz Qəhrəmanov  sərginin turizm sənayesinin nümayəndələri üçün  geniş fürsətlər və imkanlar baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.


Sərgi çərçivəsində qonaqlar müxtəlif ölkələrin turizm məhsulları və təklifləri,sərgi iştirakçılarının yeni layihələri ilə tanış olublar.


Builki sərgidə 15 ölkəni təmsil edən 50-dən çox şirkət, qurum öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edəcək. 


AITF 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və bir çox başqa ölkələrdən olan şirkətlər qatılıb. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Budəfəki sərgidə də Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər".


Aprelin 6-na kimi davam edəcək sərgidə təhsil turizmi, idman turizmi, turizm sektorunda informasiya texnologiyaları, ovçuluq və balıqçılıq, kruizlər və “MICE”-turizm kimi bir sıra digər sektorlar işıqlandırılacaq.


Bununla yanaşı “AITF 2023” sərgisinin ənənəvi xüsusi sektoru olan “Tibbi və Sağlamlıq Turizmi” sektoru da  sərgidə iştirak edən ölkələrin həm sanatoriya, həm də sağlamlıq və spa mərkəzləri tərəfindən geniş şəkildə təqdim olunacaq. 

grid-dsc-54821680616494.jpggrid-dsc-52911680616493.jpg


grid-photo-5289528340337772136-y1680616553.jpg