21-22 iyun tarixlərində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə 40-dan artıq üzv şirkətin nümayəndələri üçün Laçın rayonuna və Şuşa şəhərinə 2 günlük infotur təşkil edilib.
İnfoturun məqsədi işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma, o cümlədən infrastruktur işləri ilə üzv şirkətləri tanış etmək, həmçinin turizm imkanlarını və turizm məhsullarını nümayiş etdirməkdir.
İnfotur çərçivəsində üzv şirkətlərə Laçın rayoununda yerli və əcnəbi turistlər üçün təklif olunan məkanlar və turizm məhsulları təqdim edilib,eyni zamanda Şuşa şəhərində Şuşa qalası,Xurşidbanu Natəvanın ev muzeyi, Yuxarı Gövhər Ağa məscidi,Cıdır düzü ziyarət olunub.
İnfotur çərçivəsində Assosiasiya üzvləri həmçinin Biləsuvar rayonuna da səfər ediblər.Rayonun icra başcısı Faiq Qürbətov turizm şirkətlərinin nümayəndələrinə Biləsuvarın turizm imkanları,keçirilən turizm yönümlü tədbirlər haqqında məlumat verib.