Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin nümayəndələri və üzvləri "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer" təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılan xatirə stendini ziyarət edib, gül dəstələri və əklillər qoyub, faciə qurbanlarını dərin hörmət və ehtiramla yad ediblər.