24-28 iyun tarixlərində Azərbaycan Turizm Agentikləri Assosiasiyasının və Sankt-Peterburq şəhərinin Turizmin İnkişafı Komitəsininvə Şəhər Turizm İnformasiya Bürosunun birgə təşəbbüsü ilə 40-a yaxın ATAA nümayəndələri üçün Sankt-Peterburq şəhərinə tanışlıq məqsədli infotur təşkil edilib.
5 gün davam edən infotur zamanı üzv şirkətlərüçün Neva çayı üzərində gəmi gəzintisi təşkil olunub, eyni zamandaAleksadr bağına, Petropavloski qəsrinə, Faberje və Ermitaj muzeylərinə, Tarixi peterburq küçələrinə, İmperator Kəndi Təbiət Qoruğuna, o cümlədən İperator Yekaterinanın Sarayına, Peterqof parkına, Kronştat liman şəhərinə, Rusiya Hərbi Dəniz Muzeyinə və Müqəddəs İsaak Katedralına ekskursiyalar keçirilib.
İnfotur çərçivəsində həmçinin ATAA üzvlərinə Sankt-Peterburq şəhərinin Turizmin İnkişafı Komitəsivə Şəhər Turizm İnformasiya Bürosu tərəfindən Peterburqun turizm potensialı təqdim edilib,yerli turizm operatorları, turizm şirkətləri və hotel şəbəkələri arasında B2B görüşlər keçirilib,əməkdaşlıq əlaqələri,iş birliyi müzakirə olunub.
Bununla yanşı Sankt-Peterburq şəhərində fəaliyyət göstərən müxtəlif ulduz kateqoriyalarında olan hotellərə səfər edilib, ATAA nümayəndələrinə hotellərin yerləşmə imkanları, xidmət sahələri nümayiş olunub.