Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Dövlət Turizm Agentliyinin birgə təşəbbüsü ilə bir sıra ATAA üzvləri üçün Palçıq Vulkanları Turizm Kompleksinə infotur təşkil edilib.
İnfotur zamanı Assosiasiya nümayəndələrinə Kompleksdə
həyata keçirilən infrastruktur
işləri, palçıq
vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat
verilib, o cümlədən
yeni yaradılan Təbiət tarixi sərgi
zalındaAzərbaycan
və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat,
xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda
yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar,ölkənin hər yerindən toplanmış 80-ə
yaxın nadir minerallar nümayiş olunub.
Bununla yanaşı ATAA üzvlərinə turistlərin qarşılanması,qidalnması və vulkanlara çıxışının təmin edilməsi üçün nəzərdə tikilən 110 nəfərlik restoran, turistlərin vulkanları izləməsi üçün piyada yolu, panoramlı müşahidə nöqtəsi və meydança təqdim olunub.