Görüşdə komissiyanın cari il ərzində gördüyü işlərə dair fəaliyyəti qiymətləndirilib, daxil olan 20-ə yaxın şikayət və həllinin nəticələri müzakirə olunub, eyni zamanda ATAA üzvləri arasında nizam-intizam məsələlərinin əhəmiyyəti və bu qaydalara riayət olunmasının vacibliyi vurğulanıb.
Bununla yanaşı komissiya üzvləri arasında iş bölgüsünün aparılması, ATAA-nın digər komitələri ilə əlaqələrin genişləndirilməsi, problemlərin operativ araşdırılması, eyni zamanda komissiyaya üzv olmaqla bağlı standartların formalaşdırılması və seçim kriteriyalarının təyin olunması ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda ATAA-nın nəzdində İntizam Komissiyası da daxil olmaqla Getmə Turizm Komitəsi, Gəlmə Turizm Komitəsi, Peşəkar Turizmçilər Komitəsi, Avialogistika Komitəsi, eləcə də Maliyə Təftiş Komissiyası fəaliyyət göstərir.