×
ATAA-ya yeni üzvlər qəbul olunub
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti cari ilin 2-ci rübünün yekunlarına dair toplantı keçirib.
İclasda Assosiasiyanın sədri Göydəniz Qəhrəmanov İdarə Heyətinin üzvlərinə qurumun son 3 ayda gördüyü işlər, dövlət qurumları və xarici ölkə səfirlikləri ilə keçirilən işgüzar görüşlər, eləcə də Gürcüstan Respublikasına,Həştərxan və Tel Əviv şəhərlərinə baş tutan səfərlər və orada aparılan görüşlər haqqında məlumat verib.Toplantıda həmçinin üzv şirkətlərin üzləşdiyi çətinliklər və onları həlli yolları müzakirə olunub, qurumun gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.
İclasda İdarə Heyəti tərəfindən Nizam İntizam Kommisiyasına 4 yeni üzv də təyin olunub.Yeni üzvlər olaraq “Alean Company” şirkətinin direktoru Nataliya Ağayeva, “Atlas Travel” şirkətinin direktoru Abbas Süleymanov,” Sunshine” şirkətinin direktoru Rəşad Tağıye və “Selena Tour” şirkətinin direktoru Aynurə Həsənova qəbul edilib.
Toplantının sonunda Assosiasiyaya ünvanlanan yeni üzvlük müraciətlərinə baxılıb.İdarə Heyəti tərəfindən aparılan müzakirələrin nəticəsinə uyğun olaraq 8 şirkətdən 7-nin müraciətinə müsbət qərar verilib.

grid-photo-31688714915.jpg