×
ATAA və LOT hava yolları iş birliyinin genişləndirilməsi məsələlərini müzakirə ediblər

Azərbaycan və Polşa istiqamətinə aviauçuşların intensivliyinin artırılması və qarşılıqlı əlaqələrin inkişafı məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiaasiyasının İdarə Heyətinin Sədri  Göydəniz Qəhrəmanovla Polaşnın LOT hava yolları şirkətinin  nümayəndəsi Wojciech Adamczak ilə keçirilən işgüzar görüşdə müzakirə edilib.


Görüşdə Göydəniz Qəhrəmanov LOT hava yollarının nümayəndəsinə Assosiasiyanın fəaliyyəti və ölkənin turizm sektorunun inkişafında rolu, üzv şirkətlərin fəaliyyət istiqamətləri  haqqında ətraflı məlumat verib.


Müzakirələr zamanı  turist cəlbediciliyinin artırılması istiqamətində qarşılıqlı iş birliyinin davam etdirilməsi, tanıtım və təbliğat tədbirlərinin təşkili, üzv şirkətlərlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qiymət siyasətinin tənzimlənməsi, eləcə də B2B formatlı görüşlərin keçirilməsi, birgə layihələrin icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Qeyd edək ki,hazırda LOT hava yolları şirkəti həftədə 5 dəfə olmaqla Bakı-Varşava-Bakı istiqamətinə uçuşlar həyata keçirir.

grid-photo-11713510306.jpggrid-photo-21713510305.jpg