×
ATAA və Kalininqrad vilayətinin turizm sənayesi nümayəndələri turizm əlaqələrini müzakirə ediblər
Turizm əlaqələrinin inkişafı və qarşılıqlı iş birliyinin qurulması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyası nın üzvləri ilə Rusiya Federasiyasının Kalininqrad vilayətinin turizm sənayesi nümayəndələri arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə əməkdaşlıq imkanlarının artırılması, tanıtım məqsədli infoturların təşkil, birgə layihələrin hazılanması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də turist cəlb ediliciyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.