Pandemiyadan sonra müxtəlif ölkələr üzrə xidmət göstərən beynəlxalq hava yolları şirkətlərinin hazırkı fəaliyyət imkanları və bu istiqamətdə tədbiq edilən yeniliklər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının(ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) Mərkəzi Asiya,Türkiyə və Azərbaycan regionu üzrə xüsusi nümayəndəsi Funda Çalşır arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə
Assosiasiyalar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı,biznes
mühitinin yaxşılaşdırılması,birgə iş birliyinin formalaşdırılması,eləcə də
layihələr və yeniliklərlə bağlı marifləndirmə tədbirlərinin keçirilməsi, kommunikasiya
əlaqələrinin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi
aprılıb.
Müzakirələr çərçivəsində Assosiasiya rəhbərləri bu formatlı görüşlərin keçirilməsinin vacibliyinə toxunaraq gələcəkdə bu istiqamətdə müsbət nailiyyətlərin əldə olunması üçün birgə səylərin artırılmasına dəstək olacaqlarını bildiriblər.