×
ATAA və GTA turizm əlaqələrini müzakirə edib

Azərbaycan Turizm Agentlikləri Assosiaasiyasının üzvləri ilə Gürcüstanın Turizm Assosiasiyasının üzvləri arasında  əməkdaşlıq əlaqələri və birgə iş birliyinin yaradılması məsələləri müzakirə olunub.

Onlayn formatda baş tutan görüşdə ATAA -nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və Gürcüstanın Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradze də iştirak ediblər.

Görüşdə iki ölkənin turizm imkanlarıına və turizm məhsullarına dair təqdimat nümayiş olunub, həmçinin qarşılıqlı kommunikasiya əlaqələrinin artırırlması, B2B formatlı görüşlərin keçirilməsi, Azərbaycan-Gürcüstan-Türkiyə üzrə  kombo turların formalaşdırılması, iki ölkənin turizm şirkətləri üçün tanışlıq məqsədli infoturların təşkili,qarşılqılı biznes əlaqələrinin genişləndirilməsi aviauçuşların sayının artırılıması və digər məsələlər  ətrafında  fikir mübadiləsi aparılıb.

Müzakirələr çərçivəsində həm təşkilat  rəhbərləri, həm də üzvlər görüşlərin  geniş tərkibdə daha sıx keçirilməsi istəyini dilə gətiriblər. Görüş iştirakçıları  iki ölkə arasında  turist səfərlərinin intensivliyinin artırılması üçün sıx əməkdaşlıq  etməyə hazır olduqlarını qeyd ediblər.

 

grid-photo-11687443880.jpggrid-photo-41687443879.jpggrid-photo-21687443880.jpg