×
ATAA və “Georgian Wings” aviaşirkəti əməkdaşlıq imkanlarını müzakirə edib

ATAA və “Georgian Wings” aviaşirkəti əməkdaşlıq imkanlarını müzakirə edib


İki tərəfli əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri  Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Gürcüstanın “Georgian Wings” aviaşirkətinin satış direktoru Lali Beshkenadze arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüşdə Assosiasiya sədri qurumun fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib.

Müzakirələr zamanı ATAA və “Georgian Wings” aviaşirkəti arasında birgə iş birliyinin formalaşdırılması, turizm əlaqələrinin genişləndirilməsi, turist cəlbediciliyinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili, eləcə də qarşılıqlı infoturların həyata keçrilməsi, üzv şirkətlərlə tərəfdaşlıq əlaqələrinin inkişafı, qiymət siyasətinin tənzimlənməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Gürcüstanın “Georgian Wings” aviaşirkəti həftədə 5 dəfə olmaqla Tblisi -Bakı-Tblisi reysləri üzrə uşuşlar həyata keçirir