×
ATAA və “Flynas” hava yolları şirkəti əməkdaşlıq əlaqələrini müzakirə edib

Turizm əlaqələrinin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanları dekabrın 20-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdara Heyətinin sədri Göydəniz Qəhrəmanovla Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkətinin beynəlxalq satış üzrə vitse-prezidenti Abdulilah Aleidi arasında keçirilən görüşdə müzakirə olunub.


Müzakirələr zamanı iki ölkə arasında birbaşa uçuşların sayının və turist cəlbediciliyinin artırılması, birgə iş birliyinin yaradılması, eləcə də tanıtım məqsədli infoturların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Görüş çərçivəsində həmçinin Səudiyyə Ərəbistanının Həc və Ümrə ziyarəti üzrə vitse-prezident Ziyad Sahatla və  “Flynas” şirkətinin regional meneceri Mehmet Kürşad Çaymaz arasında da dini səfərlərin təşkili, kommunikasiya və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, eləcə də üzv şirkətlərlə biznes fəaliyyətinin qurulması məsələləri müzakirə olunub.