Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşün məqsədi turizm sənayesinə dəstək çərçivəsində Assosiasiya üzvlərini Agentliyin bir sıra layihələri ilə bağlı məlumatlandırmaq,tərəfdaşlıq əlaqələrini inkişaf etdirimək və qarşılıqlı təcrübə mübadiləsini genişləndirməkdir.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin nümayəndələri tərəfindən ATAA üzvlərinə əmək münasibətlərinin alt sistemi, əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı, şirkətlər üçün kadr hazırlığı,eləcə də turizm sahəsi üzrə önəmli sayılan peşələrin əmək bazarına uyğunlaşdırılması, informasiya mübadiləsinin aparılması,turizm sektorunda sahibkarlığın inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində Dövlət Məşğulluq Agentliyinin reallaşdırdığı yeni layihələr barədə ATAA üzvləri üçün məlumatlandırıcı tədbirlərin davamlı olaraq keçiriləcəyi diqqətə çatdırılıb.