×
ATAA və bir sıra Assosiasiyaların rəhbərləri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət ediblər
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev,eləcə də SKAL Azərbaycan Klubunun rəhbəri Ceyhun Aşurov və Türkiyəyə təşkil edilən yardım aksiyasının fəallarından biri olan Rəhim Qədirov Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət etmiş, qardaş ölkənin səfiri cənab Cahit Bağçı ilə görüşərək baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermişlər.

Zəlzələdən sonra qısa zamanda turizmçilərin toplaşaraq fəlakət zonasına yardım göndərdiklərini bildirən Göydəniz Qəhrəmanov Azərbaycan turizimçilərinin hər zaman qardaş türk xalqının yanında olacaqlarını və bundan sonra da lazımı yardım və dəstəyin göstəriləcəyini qeyd edib.

Sonda Assosiasiya rəhbərləri bir daha baş vermiş güclü zəlzələ nəticəsində həyatlarını itirən faciə qurbanlarının ailələrinə başsağlığı vermiş, onlara Allahdan rəhmət diləmiş, xəsarət alanlara isə tezliklə şəfa tapmalarını arzulamışlar.