×
ATAA və "Azerfon" MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə "Azerfon" MMC arasında ikitərəfli turizm əlaqələrinin inkişafına və üzv şirkətlərlə əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.
Sənədi ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və “Azerfon” MMC-nin baş icraçı direktoru Gunnar Pahnke imzalayıb.
Memorandomun əsas məqsədi tərəflər arasında əməkdaşlıq və iş birliyinin təşkili, qarşılıqlı mənfəətin əldə olunması, o cümlədən ikitərəfli münasibətlərin davamlı inkişafı, təcrübə və informasiya mübadiləsinin həyata keçirilməsidir.
Görüşdə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərin sayı və göstərdikləri xidmət sahələri haqqında məlumat verən Göydəniz Qəhrəmanov mobil operatorlarla tərəfdaşlıq münasibətinin formalaşdırılmasının və keyfiyyətli rabitə əlaqəsinin qurulmasında turistlərin məmnunluğunun təmin olunmasının vacibliyini qeyd edib.
2024-cü ilin statistik proqnozlarına əsasən ölkəyə səfər edən əcnəbi turistlərin sayının 3 milyona yaxın artacağını qeyd edən ATAA sədri bu göstəricələrin gələcəkdə hər iki tərəfə əlavə gəlirlər əldə etmək imkanı yaradacağını vurğulayıb.
Öz növbəsində “Azerfon” MMC-nin baş icraçı direktoru Gunnar Pahnke turizm şirkətləri ilə uzunmüddətli və effektiv əməkdaşlığa üstünlük verildiyini, ATAA üzvləri vasitəsi ilə Azərbaycana səfər edən turistlərə qısa müddətli istifadə üçün təqdim olunacaq Nar mobile simkartların hər iki tərəfə mənfəət qazandıracağını bildirib.
O, turistlərin mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin edilməsi,eləcə də onların kommunikasiya təminatının yaxşılaşdırılmasına böyük önəm verdiyini diqqətə çatdırıb.
grid-dsc066881720156777.jpggrid-dsc068761720156777.jpggrid-orginal1720156781.jpggrid-dsc069711720156779.jpg