20 iyul 2023-cü il tarixində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev arasında keçirilən işgüzar görüşdə turizm şirkətlərinin bank sektoru ilə əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunub.
Görüşdə daxili və xarici turizmlə əlaqədar olaraq nağdsız ödəniş imkanlarının genişləndirilməsi, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar üçün maliyyə-bank xidmətlərinin əlçatanlığının artırılması, eləcə də pandemiya dövründən bir sıra bankların turizm şirkətləri ilə biznes fəaliyyətinin bərpa etdiyini nəzərə alaraq onların maliyyələşdirilməsi imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində həmçinin Azərbaycana gələn və Azərbaycandan gedən turistlərin bank xidmətləri ilə təmin olunmasının təkmilləşdirilməsi məsələsi də müzakirə olunub.