×
ATAA “The Peninsula”  hotel şəbəkəsi ilə əməkdaşlıq imkanlarını müzakirə edib


Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “The Peninsula İstanbul ” hotelinin Baş direktoru Conatan Kruk və satış direktoru Ömer Demir, eləcə də “The Peninsula Paris ” hotelinin İcraçı direktoru Vincent Pimontla əməkdaşlıq əlaqələrininin inkişafı və birgə iş birliyinin yaradılması məsələlərini müzakirə ediblər.


Görüşdə Göydəniz Qəhrəmanov Assosiasiyanın fəaliyyəti və potensialı, ölkə turizminin inkişafındakı rolu, üzvlərinin sayı haqqında  qısa arayış verib. ATAA sədri cıxışı zamanı rəhbərlik etdiyi qurumun  dünya turizm sənayesində aktiv fəaliyyət göstərən təşkilat və şəbəkələrlə hər zaman qarşılıqlı əməkdaşlığın qurulmasında və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib.


Görüş çərçivəsində hotel şəbəkəsinin nümayəndələri  dünyanın bir çox ölkələrində brend şəbəkə olaraq  geniş arealda fəaliyyət göstərən “The Peninsula”  haqqında məlumat verib, ATAA ilə qarşılıqlı biznes əlaqələrinin qurulması və birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.