×
ATAA sədri KOBİA yanında İctimai Şuraya sədr müavini seçilib
Dekabrın 2-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda şuraya 15 vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvləri, növbəti iki il üçün sədri, sədrin müavini və katibi seçilib. Seçkinin nəticələrinə əsasən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov İctimai Şuranın sədri, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə sədr müavini seçilib.
Görüş həmçinin Şuranın gələcək fəaliyyətinə və 2023-cü il üzrə Tədbirlər Planına dair fikir mübadiləsi aparılıb.Tədbirdə dövlət-özəl sektor arasında əməkdaşlığın və iş birliyinin artırılması,İçtimai Şuraya daxil olan Assosiasiyaların üzləşdiyi çətinliklər və onların həlli məsələləri də müzakirə olunub.
Tədbir çərçivəsində ATAA sədri yaxın günlərdə turizm sahəsinə aid bir sıra məsələlərlə bağlı qurumun təkliflərlə KOBİA- ya müraciət edəcəyini bildirib.

grid-21670010810.jpggrid-41670010823.jpg
242
People reached
58
Engagements
1414
2 comments
Like
Comment
Share