×
ATAA “Sabre Corporation” şirkəti ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

Turizm sahəsində müasir texnologiyalardan və innovativ səyahət proqram  təminatlarından istifadə  imkanlarının genişləndirilməsi məsələləri   Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Sabre Corporation” şirkətinin Cənibi Qafqaz və Orta Asiya ölkələri üzrə regional rəhbəri Aleksey Yanşin və şirkətin Azərbaycan nümayəndəliyinin müdiri Ziya Rəhbərli arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.


Görüşdə ATAA-nın fəaliyyəti haqqında ətraflı məlumat verən Göydəniz Qahrəmanov aviabiletlərin bronlaşdırılması və satışında, həmçinin hotellərdə yerlərin alınmasında  texniki imkanları geniş olan sistemlərin Azərbaycanda tədbiqininin genişləndirilməsinin sektorun inkişafına müsbət təsir etdiyini bildirib.


ATAA sədri əməliyyatlarda  proseslərin optimallaşdırılması baxımından üzv şirkətlər üçün  bu cür sistemlərdən istifadənin  faydalı ola biləcəyini qeyd edib.


Öz növbəsində Aleksey Yanşin ATAA üzvləri ilə qarşılıqlı iş birliyinin yaradılmasında, B2B formatlı görüşlərin keçirilməsində, üzv şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.  O ATAA üzvlərini sistemin tədbiqləri ilə yaxından tanış etməyə hazır olduqlarını bildirib.


Qeyd edək ki,1964-cü ildən fəaliyyət göstərən “Sabre Corporation” şirkəti dünyanın ən böyük aviabilet paylama sistemləri təminatçılarından biridir.Şirkət dünya üzrə 50 mindən artıq səyahət agentlikləri, 200-dən artıq turoperatorlarla əməkdaşlıq edir.