×
ATAA Orta Şərqlə turizm əlaqələrini genişləndirir

ATAA-nın gəlmə turizmi ilə məşğul olan  40-dan artıq üzvü Orta Şərqdən ( Qətər, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt) olan 25 turizm şirkəti  ilə işgüzar görüş keçirib.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutan görüş çərçivəsində turizm əlaqələrinin inkişafı və tərəfdaşlığın genişləndirilməsi, birgə turizm paketlərinin  və cəlbedici  marşrutların yaradılması, ortaq marketinq kampaniyalarının hazırlanması, eləcə də qrup turlarının təşkili, tanıtım materiallarının mübadiləsi, səmərəli qiymət təkliflərinin formalaşdırılması  müzakirə olunub.

Həmçinin Orta Şərq turistlərinin mədəni və dini tələblərinə uyğun xidmətlərin göstərilməsi, hədəf bazarlarının tələblərinə uyğunlaşdırılmış məhsulların hazırlanması, o cümlədən müştəri məmnunluğunun təmin olunması  və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

grid-photo-31733814205.jpggrid-photo-41733814205.jpg