Mayın 19-da Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının tabeliyində fəaliyyət göstərən Turizm Veteranları Komitəsinin
növbəti iclası keçirilib.
İclasda cari ilin birinci rübündə ATAA-nın həyata
keçirdiyi işlər haqqında Komitə üzvlərinə
məlumat verilmiş, turizm sənayesinin inkişafı
istiqamətində ictimai qurumun fəaliyyətinin
genişləndirilməsi imkanları müzakirə
olunmuşdur.
Görüş çərçivəsində turizm şirkətləri ilə hotellər
və turizm bələdçiləri arasında iş
birliyinin genişləndirilməsi, bu sahədə çatışmazlıqların aradan qaldırılması, yeni
məhsulların yaradılması, ölkələrə səfərlərin və tanıtım məqsədli infoturların təşkili,
eləcə də rəqabətə davamlı turizm xidmətlərinin göstərilməsi, yeni marşurutların
hazırlanamsı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda həmçinin daxili turizmin inkişafı, yay
mövsümünə hazırlıq, bu istiqamətdə turizm şirkətlərinin üzləşdiyi problemlər və onların həlli yolları müzakirə olunub,təkliflər
dinlənilib.