×
ATAA-nın Nəzarət –Təftiş Komitəsinin ilk iclası keçirilib
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Nəzarət –Təftiş Komitəsinin ilk iclası keçirilib.

İclasda komitə üzvlərinə üzvlük haqlarından toplanan vəsaitə əsasən Assosiasiyanın maliyə gəlirləri və xərcləri haqqında məlumat verilib, həmçinin maliyyə hesabatlarının mahiyyəti, qurumun maliyyə şəffaflığının təmin olunması, normativ tələblərə cavab verən maliyyə hesabatlarının tərtib edilməsi, xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində komitə üzvləri öz tövsiyyə və təkliflərini bildirib və ay ərzində birdəfə olmaqla maliyyə məsələlərininin müzakirəsinə dair iclasın keçirilməsi razılaşdırılıb.