ATAA üzvləri ilə Venesuelanın turizm şirkətləri arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub
ATAA üzvləri ilə Venesuelanın turizm şirkətləri arasında formalaşan turizm əlaqələrinin inkişafı və turistik səfərlərin təşkili məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı ötən ilin noyabr ayında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Venesuella səfirliyinin birgə təşkilatçılığı ilə bir sıra ATAA nümayəndələri üçün təşkil olunan infoturun nəticələri, “Fitven 2024” sərgisində iştirakı,Venesuela şirkətləri ilə keçirilən B2B görüşlər,üzv şirkətlərin infoturla bağlı təəssürütları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin səfərdə iştirak edən ATAA üzvləri ilə Venesuela şirkətləri arasında iş birliyinin genişləndirilməsinə, sıx əlaqələrin qurulmasına, iş görüşlərinin aktivliyinin artırırılmasına, turpaketlərin Azərbaycanın turizm bazarında tanıdılmasına dair müzakirələr aparılıb.
Görüş çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Venesuelaya baş tutan tanışlıq səfərinin təşkilində göstərdiyi dəstəyə görə Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroterana öz minnətdarlığını bildirib, gələcəkdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.