×
ATAA-nın İdarə Heyəti üzvlərinin növbəti toplantısı keçirilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti üzvlərinin cari ilin 3-cü rübündə görülmüş işlərə dair növbəti toplantısı keçirilib.

İclasda ATAA-nın  son 3 ay ərzində dövlət qurumları, özəl təşkilatlar və turizm sənayesinin  digər nümayəndələri ilə  keçirdiyi görüşlər, üzv şirkətlərin üzləşdiyi çətinliklər və həlli yolları, tibbi turizm üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi persspetivləri, eləcə də 2023-cü ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulan işlər müzakirə olunub, təkliflər dinlənilib.

Toplantı çərçivəsində həmçinin  Assosiasiyaya  üzv olmaq istəyən şirkətlərin üzvlüklə bağlı müraciətlərinə baxılıb. Müzakirələr zamanı əsas keyfiyyət meyarlarına cavab verən 17 turizm şirkətinin ATAA-ya üzvlüyü qəbul edilib.5 şirkətin üzvlüklə bağlı müraciətinə imtina verilib.

Bununla da ATAA üzvlərinin sayı 145 olub.


grid-photo-51695291452.jpggrid-photo-31695291452.jpggrid-photo-21695291451.jpggrid-photo-11695291451.jpg