×
ATAA nın Gəlmə Turizm Komitəsinin toplantısı keçirilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının tabeliyində fəaliyyət göstərən Gəlmə Turizm Komitəsinin növbəti toplantısı keçirilib.

İclasda 2023-cü ilin ikinci rübündə komitə tərəfindən aparılan görüşlər və həyata keçirilən işlər, ölkənin turizm bazarında cari vəziyyət, tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin inkişafı, gəlmə turizm istiqamətində fəaliyyət göstərən şirkətlərin üzləşdiyi çətinliklər, onların həlli yolları və digər aktual məsələlər müzakirə olunub.

Toplantı zamanı Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında viza rejiminin qaldırılması və bu istiqamətdə turist sayının çoxaldılması, eləcə də bir başa aviauçuşların sayının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İclasda həmçinin ATAA-nın bir sıra üzvləri arasında yaşanan etik məsələlərlə bağlı Assosiasiyaya ünvanlanan müraciətlərə baxılıb və qaldırılan narazılıqların həll edilməsi məqsədi ilə Nizam-İntizam Komissiyasınayönəldilib. 


grid-photo-41689319959.jpggrid-photo-61689319959.jpggrid-photo-51689319959.jpg