×
ATAA-nın Gəlmə Turizm Komissiyasının növbəti toplantısı keçirilib

Azərbayacan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Turuzm Komissiyasının növbəti toplantısı keçirilib.

İclasda qış mövsümünə hazırlıq, xarici tərəfdaşlarla iş birliyinin genişləndirilməsi, mövsümi turpaketlərin hazırlanması, üzv şirkətlər arasında koorporativ etiketin və sağlam rəqabətin  qorunması, hotellər, eləcə də digər sənaye nümayəndələri arasında əməkdaşlıq əlqələrinin cari vəziyyəti, bu istiqamətdə mövcud çətinliklər və onların həlli yolları müzakirə olunub.

Görüşdə həmçinin  2023-cü ilin son 3 ayı ərzində üzv şirkətlərin xarici sərgilərdə iştirakı,əldə olunan nəticələr, yeni istiqamətlər üzrə planlar ətrafında fikir mübadiləsi aparılıb.

İclasda iştirak edən ATAA sədri Göydəniz Qəhrəmanov  son zamanlar əməkdaşlıq edilən  hotellərin təyin olunan müəyyən şərt və qaydalarının bir sıra şirkətlər  tərəfindən pozulmasına dair Assosiasiyaya müracitlər edildiyini və bu məsələlərin aradan qaldırılması üçün yaxın günlərdə həmin şirkətlərlə görüşün keçiriləcəyini bildirib.

Göydəniz Qəhrəmanov  gələcəkdə də, xarici sərgilərdə iştirak etmək istəyən üzv şirkələrə  ATAA tərəfindən  dəstək göstəriləcəyini qeyd edib. 


grid-photo-iclas-21701249366.jpggrid-photo-iclas-31701249365.jpg