Dövlət Turizm Agentliyinin kollektivi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edərək, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.