×
ATAA Kolumbiya Respublikasının turizm qurumları ilə əməkdaşlıq əlaqələrini müzakirə edib


Turizm sahəsində əməkdaşlıq əlaqələrinin formalaşdırılması və iş birliyinin yaradılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla  Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayala arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüş çərçivəsində səfir ATAA -nın  fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında ətraflı məlumatlandırılıb.

Kolumbiya Respublikasının səfiri öz növbəsində ölkəsinin turizm istiqamətləri və məhsulları, turizm zonaları,eləcə də hava yolu ilə səfər etmə imkanları haqqında ATAA  sədrinə məlumat verib.

Müzakirələr zamanı iki ölkənin turizm assosiasiyaları və üzvləri  ilə  kommunikasiya əlaqələrinin inkişafı, kombo turların yaradılması, tanışlıq məqsədli infoturların təşkili, qarşılıqlı turistik səfərlərin sayının artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 grid-photo-11707981652.jpggrid-photo-31707981652.jpg