×
ATAA Çinin aparıcı turizm şirkəti ilə əməkdaşlıq əlaqələrini müzakirə edib
Turizm əlaqələrinin inkişafı və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Çin Xalq Respublikasının aparıcı turizm şirkəti olan “HCG International Travel Group” un vitse prezidenti Kuang Şisheng arasında keçirilən görüşdə müzakirə olunub.


Görüşdə iki ölkənin turizm şirkətləri arasında qarşılıqlı kommunikasiya və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, turist cəlbediciliyinin artırılması, birgə iş birliyinin qurulması, təcrübə mübadiləsinin aparılması, eləcə də turizm məhsullarının tanıdılması və birbaşa avia uçuşların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dünyanın əksər ölkələrində tanınan HCG International Travel Group” şirkəti qrup səyahətləri, ada səfərləri, işgüzar tədbirlər (MICE) və səyahətlər, lüks turlar, həmçinin xaricdə hotel rezervasiyaları, vizanın işlənməsi, beynəlxalq aviabilet sifarişlərinin təşkilini həyata keçirir. Şirkət eyni zamanda “skyscanner” və trip.com onlayn resurslarının da sahibidir.