Turizm sahəsi üzrə əməkdaşlıq əlaqələrinin formalaşdırılması və perspektivləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Kipr Türk Turizm və Səyahət Agentlikləri Birliyinin rəhbəri Orhan Tolun arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə ATAA sədri Orhan Toluna Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib.
Müzakirələr zamanı Göydəniz Qəhrəmanov rəhbərlik etdiyi qurumun xarici ölkələrin turizm təşkilatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində hər zaman maraqlı olduğunu və dil,mədəniyyət baxımından Azərbaycana yaxın olan Şimali Kiprin turizm təşkilatları ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyib. Hazırda bu istiqamətə yalnız Türkiyə üzərindən uçuşların həyata keçirildiyini qeyd edən Assosiasiya sədri qurumun qarşılıqlı turist cəlbediciliyinin artırırlması məqsədi ilə birgə layihələrin yaradılmasına hazır olduğunu bildirib.
Kipr Türk Turizm və Səyahət Agentlikləri Birliyinin rəhbəri Orhan Tolun öz nəvbəsində ölkəsinin tuirzm imkanları,turizm məhsulları,hotel şəbəkələri haqqında ətraflı məlumat verib,ATAA ilə birgə iş birliyinin formalaşdırılması üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Müzakirələr zamanı təşkilatlar arasında üzv şirkətlərlə kommunikasiya əlaqələrinin formalaşdırılması, turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.