×
ATAA ilə Yaponiyanın turizm agentlikləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin  başçılıq etdiyi nümayəndə heyətinin  tərkibində Yaponiyada işgüzar səfərdə olan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri və bir sıra nümayəndələri iki ölkənin turizm təşkilatları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi  və qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirəsi ilə bağlı bir sıra görüşlər keçiriblər.


Aparılan görüşlərdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz  Qəhrəmanov Yaponiyanın turizm şirkətlərinə və turoperatorlara ATAA - nın fəaliyyət istiqamətləri, üzvləri, Azərbaycanın turizm potensialı və turizm məhsulları haqqında məlumat verib.


Görüş çərçivəsində həmçinin yerli turoperatorlar və turagentlər arasında qarşılıqlı turizm məhsullarının təşviqi, təcrübə mübadiləsinin aparılması, tanıtım məqsədli birgə infoturların təşkili, eləcə də turizm agentlikləri və turoperatorlar  arasında kommunikasiya əlaqələrinin  gücləndirilməsi, turist cəlbediciliynin artırılması  məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.


grid-whatsapp-image-2022-12-15-at-0805521671090961.jpggrid-whatsapp-image-2022-12-15-at-0806011671090961.jpggrid-whatsapp-image-2022-12-15-at-0943561671090971.jpggrid-whatsapp-image-2022-12-15-at-0943571671090972.jpggrid-whatsapp-image-2022-12-15-at-094358-11671090972.jpggrid-whatsapp-image-2022-12-15-at-094358-21671090973.jpg