×
ATAA ilə Türk Hava Yolları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Türk Hava Yollar ilə ATAA arasında əməkdaşlıq imkanları noyabrın 29-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla  Türk Hava Yolları şirkətinin Bakı nümayəndəsi Hamid Eldeleklioğlu ilə keçirilən görüşdə müzakirə edilib.


Görüşdə  iki ölkə arasında birbaşa uçuşların təşkili baxımından qarşılıqlı iş birliyinin yaradılması, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, eləcə də üzv şirkətlərlə biznes fəaliyyətinin qurulmasına dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb.