Mayın
8-də Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə
heyəti Rusiya Federasiyasının Həştərxan
vilayətinə səfər edib.
Ümummilli lider Heydər Əliyevin 100 illik
yubileyi ərəfəsində təşkil edilən səfərdə nümayəndə heyətinin tərkibində Azərbaycan
Turizm Agentlikləri Asosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov da
iştirak edib.
Səfər
çərçivəsində ATAA sədri Həştərxan Vilayətinin iqtisadi inkişaf nazirinin
müavini Leysan Raşitovna, “Həştərxan Turizm Liqası”nın turoperat və turagentlərin
təşviqi Assosiasiyasının direktoru Alfiya Ryastamovna və bir sıra yerli turizm
şirkətlərinin rəhbərləri ilə işgüzar görüş keçirib.
Görüşdə Göydəniz Qəhrəmanov turizmin inkişafı, Assosiasiyanın fəaliyyəti, ölkə turizminin inkişafındakı rolu və üzvlərinin sayı haqqında məlumat verib.
Görüş çərçivəsində iki ölkənin turizm təşkilatları
arasında turizm əlaqələrinin inkişafı,əməkdaşlıq
imkanları, birgə iş birliyinin yaradılması, qarşılıqlı biznes fəaliyyətinin təşkili
məsələləri müzakirə edilib.
Həmçinin
müzakirələr zamanı turizm
agentlikləri və turoperatorlar arasında kommunikasiya və tərəfdaşlıq əlaqələrinin
yaradılması, turizm məhsullarının təşviqi, turist cəlbediciliyinin artırılması
məqsədi ilə turistik səfərlərin sayının artırılması, eləcə də turizm şirkətləri
ilə B2B formatlı görüşlərin keçirilməsi, turizm sahəsində təcrübə mübadiləsinin
aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər şərçivəsində Ümummilli lider Heydər
Əliyevin 100 illik yubileyi ilə bağlı
bir sıra rəsmi tədbirlər və konsert
proqramı təşkil edilib.
Qeyd edək ki, hazırda Bakı-Həştərxan-Bakı reysləri
üzrə həftədə 5 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.