×
ATAA gəlmə turizmi ilə məşğul olan üzv şirkətlər üçün “açıq qapı” günü keçirib

Aprelin 13-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının(ATAA) nəzdində fəaliyyət göstərən Gəlmə Turizm Komitəsinin toplantısı keçirilib.


30 yaxın şirkətin qatıldığı iclasda çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov cari ilin ilk rübündə Assosiasiyanın gördüyü işlər, dövlət qurumları və təşkilatlarla, eləcə də xarici ölkələrin səfirlikləri ilə  keçirilən görüşlər və tədbirlər, üzv şirkətlərin ən çox üzləşdiyi çətinliklər haqqında  məlumat verib.


Toplantı çərçivəsində Gəlmə Turizm Komitəsinin rəhbəri Cəmilə Əliyeva gəlmə turizmdə mövcud olan bəzi problemlər, asan vizaların alınmasında üzə çıxan bir sıra çətinliklər, o cümlədən hotellər və nəqliyyat şirkətləri ilə əməkdaşlıq imkanları haqqında arayış verib.


Görüşdə həmçinin turizm bazarında sağlam rəqabətin formalaşdırılması və  ATAA üzvlərinin beynəlxalq sərgilərdə iştirakı imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Tədbirin sonunda qaldırılan məsələlər haqqında təkliflər dinlənilib, problemlərin həlli yolları müzakirə olunub.


grid-photo-41681384653.jpggrid-photo-11681384652.jpggrid-photo-61681384654.jpggrid-photo-31681384653.jpg